EN

Borclunun əmək haqqı və gəlirlərindən tutulmalar necə müəyyənləşir?

Bakı. Trend:

Məhkəmə qərarının icrası zamanı borclunun əmək haqqı və digərgəlirlərinə yönəldilən tutulmalar “İcra haqqında” Qanun vəCəzaların İcrası Məcəlləsi ilə tənzimlənir.

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, icrasənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabərsayılan digər gəlirlərindən tutmaların məbləği 50faizdən çox ola bilməz.

Bildirilir ki, tələb bir neçə icra sənədi üzrə borclunun əməkhaqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdəqazancın 50 faizi borcluda qalmalıdır:

"Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi,ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərəvurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanınödənilməsi zamanı yuxarıdakı məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digərgəlirlərdən tutmaların məbləği 70 faizdən çox olabilməz".

"Qanunda tələbin yönəldilməsinə yol verilməyən pul məbləğlərininsiyahısı müəyyənləşib. Müvafiq maddədə göstərilənlərdən başqa tələbborcluya ödənilən digər pul məbləğlərinə yönəldilə bilər.

Bir neçə icra sənədi üzrə tutulma olduqda belə, borcludantutulan ümumi məbləğ müvafiq olaraq onun gəlirlərinin50 faiz və ya 70 faizindən çoxolmamalıdır", - qurumdan əlavə olunub.

Chosen
26
az.trend.az

1Sources