EN

BMT Baş Assambleyasının 80-ci sessiyasında yüksək səviyyəli debatlar başlayır

Bakı. Trend:

Bu gün Nyu-Yorkdakı mənzil-qərargahda BMT Baş Assambleyasının80-ci sessiyası çərçivəsində yüksək səviyyəli debatlar startgötürür.

Trend-inməlumatına görə, 150-dən çox dövlət və hökumət başçısı həmçininnümayəndə heyətləri ilə birlikdə tədbirdə iştirak edir. Dünyaliderlərinin çıxışları sentyabrın 30-dək davam edəcək.

Nyu-York şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib: polisqüvvələrinin sayı artırılıb, kortejlər, dronlar, helikopterlər vəpatrul xidmətləri cəlb olunub, əsas küçələr bağlanıb.

Sessiyanı BMT Baş katibi Antonio Quterreş və qurumun builkiprezidenti Annalena Berbok giriş nitqi ilə açacaq. Ardınca ənənəyəuyğun olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula daSilva edəcək. Daha sonra isə ev sahibi ölkənin lideri – ABŞPrezidenti Donald Tramp çıxış edəcək.

Debatlar “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişafvə insan hüquqları naminə” mövzusuna həsr olunub. MüzakirələrdəRusiya–Ukrayna müharibəsi, Qəzzadakı vəziyyət, Fələstin məsələsi,dayanıqlı inkişaf məqsədləri və iqlim böhranı əsas diqqətmərkəzində olacaq.

Chosen
13
az.trend.az

1Sources