EN

Zelenski Kelloqla Amerika silahlarının alışını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla Amerika silahlarının alınmasını müzakirə edib.

Operativ Media xəbər verir ki, görüş sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub.

“ABŞ prezidentinin xüsusi nümayəndəsi general Kit Kelloqla görüş keçirdim. Cəbhədəki vəziyyət barədə məlumat verdim. Həmçinin Ukrayna ilə ABŞ arasında əməkdaşlığın inkişafı, o cümlədən dronlar və ABŞ silahlarının alınması üzrə qarşılıqlı faydalı sazişlərə dair məsələlərə toxunduq”, – Zelenski “Telegram” kanalında yazıb.

Prezidentin saytında dərc olunan məlumata görə, Kiyev bu cür sazişlərin yaxın vaxtlarda Vaşinqtonla imzalanmasında maraqlıdır. Həmçinin Ukraynaya təhlükəsizlik təminatları da müzakirə olunub. Zelenski və Kelloq sonuncu dəfə sentyabrın 11-də Kiyevdə görüşmüşdülər.

Ağ Ev daha əvvəl bildirib ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də Zelenski ilə görüşəcək.

Chosen
18
operativmedia.az

1Sources