EN

Dünya çempionu naməlum xəstəlikdən əziyyət çəkir

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2023-cü ilin dünya çempionu, 30 yaşlı belçikalı snuker oyunçusu Lukas Bresel, ixtisaslı həkimlərin diaqnoz qoya bilmədiyi xəstəlik səbəbindən bu mövsüm demək olar ki, oynamadığını etiraf edib.

İdman.biz bildirir ki, onun xəstəliyi aşkar bir səbəb olmadan həddindən artıq yorğunluq dövrləri ilə xarakterizə olunur. Snukerçinin sözlərinə görə, bu psixika ilə əlaqəli deyil.

"İnsanlar yanıma gəlib, "Ah, bu, psixi xəstəlikdir?" deyə soruşurlar və kömək etməyə çalışırlar, amma problem mənim başımda deyil. Mən tamamilə xoşbəxtəm. Mən yaxşıyam. Bu, psixi nəsə deyil. Bu, bədənimdəki fiziki proseslərdir. Qəribədir. Çox həkimə getmişəm. Ən azı üç-dörd ayda 18 dəfə. Amma həkimlər heç nə tapmırlar. Mən bununla yaşayıram. Mən masanın yanında olmaq istərəm. Hər şey birdən baş verdi və heç kim bunun nə olduiğunu bilmir. Mənim bədənim qəribə şeylər edir, mən də bunu anlamağa çalışıram.

Mən yaxşılaşacağımı gözləyirdim, amma olmadı. Sonra fikirləşdim ki, yaxşı, oynayacağam. Nə olursa olsun, özümü necə hiss etsəm də, oynayacağam. Oynadığım zaman özümü yaxşı hiss edirəm. Hər an yox, amma yaxşı oluram. Bütün bu problemlərə görə təbii ki, heç bir idmanla məşğul ola bilmirəm. Çox yaxşı formada idim - uzun məsafələrə qaçırdım və velosiped sürürdüm", - "The Sun" Breseldən sitat gətirir.

Bresel bundan əvvəl "English Open 2025" reytinq turnirində 1/4 finala yüksəlib. Lakin buna qədər Luka aprel ayından bu yana yarışmayıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
icma.az

2Sources