EN

Tramp “Antifa” hərəkatını terrorçu təşkilat elan edib

ABŞ prezidenti müvafiq fərmanı imzalayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Antifa” hərəkatını daxili terrorçu təşkilat kimi tanıyan fərman imzalayıb. Sənədin mətni Ağ Evin rəsmi saytında dərc olunub.

Fərmana əsasən, “Antifa” “qanuni siyasi fəaliyyətin qarşısını almağa və hüququn aliliyini sarsıtmağa yönəlmiş siyasi zorakılıq modeli” səbəbindən terrorçu təşkilat elan edilib.

Bundan əvvəl The Wall Street Journal qəzeti mənbələrə istinadən yazmışdı ki, sağçı fəal Çarli Kirkın qətli ilə əlaqəli araşdırmada istifadə edilən silahda hərəkatın şüarları ilə yazılmış güllələr aşkarlanıb.

Donald Tramp “Antifa”nın terrorçu elan olunacağı barədə bəyanat verdikdən cəmi bir gün sonra, Macarıstanın baş naziri Viktor Orban da təşkilata eyni status vermək niyyətində olduğunu açıqlamışdı.

Qeyd edək ki, “Antifa”nın vahid mərkəzləşdirilmiş strukturu yoxdur. Bu anlayış ümumilikdə bütün anti-faşistləri ifadə etmək üçün işlədilir. Ekspertlərin fikrincə, Trampın bu addımı ABŞ-da siyasi qütbləşməni daha da dərinləşdirə bilər.

Poliqon.info

Chosen
13
poliqon.info

1Sources