EN

Avropa hava limanlarında xaos

Norveçin paytaxtı Oslodakı Gardermoen hava limanı üzərindəki hava məkanı hava limanı yaxınlığında pilotsuz uçan aparatın aşkarlanması səbəbindən bağlanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Avinor aviaşirkətinin sözçüsünə istinadən Norveçin ictimai televiziyası məlumat yayıb.

Sentyabrın 22-də axşam saatlarında Kopenhagen hava limanı da dronların fəaliyyəti ilə bağlı bağlanıb. İ

Hava məkanında iki və ya üç pilotsuz təyyarənin olduğu güman edilib. Lakin xəbərlər təsdiqini tapmayıb.

Reuters xəbər verir ki, Skandinaviyanın ən işlək hava limanı olan Kopenhagen hava limanı dron səbəbindən uçuş və enişləri təxminən 4 saat dayandırmasından sonra sentyabrın 23-də səhər fəaliyyətini bərpa edib. 50-yə yaxın reys dəyişdirilib. Polis araşdırma aparır.

Danimarka və Norveç səlahiyyətliləri iki insident arasında əlaqənin olub olmadığını müəyyən etmək üçün əməkdaşlıq edəcəklər.

Bu arada hakerlər Berlin və Brüssel hava limanlarının işini iflic edib.

Berlin Brandenburq Hava Limanı (BER) və Brüssel Hava Limanı da daxil olmaqla bir sıra Avropa hava limanlarında haker hücumları səbəbindən bir neçə gündür fasilələr yaranıb.

Chosen
15
herbiand.az

1Sources