EN

Ciddi görmə problemlərinin müalicəsində yeni mərhələ

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstraliyanın Melburn Kral Texnoloji Universitetində (RMIT) aparılan araşdırma ciddi görmə problemlərinin müalicəsində yeni ümid yaradıb. Alimlər “lutein” adlı qoruyucu antioksidantı xüsusi nanotexnologiya vasitəsilə göz damcısı formasında tor qişaya çatdırmağı bacarıblar. Bu yanaşma xüsusilə yaşa bağlı makula degenerasiyası (AMD) xəstəliyinin müalicəsinə yönəlib. AMD dünyada milyonlarla insanda görmə itkisinə səbəb olur və hazırda yalnız iynə vasitəsilə müalicə olunur.

“Qafqazinfo” “MedicalXpress” portalına istinadla xəbər verir ki, yeni damcı siçanlar üzərində sınaqdan keçirilib və “luteinin” göz hüceyrələrini zədədən qoruduğu müşahidə olunub.

Ən əsası bu üsul aktiv maddəni aylarla otaq temperaturunda sabit saxlamağa imkan verir.

Tədqiqatçılar bildirirlər ki, damcı iynəni tam əvəz etməsə də, erkən mərhələdə AMD riskini azaltmaq və xəstələrin daha rahat müalicə almasına imkan yarada bilər. Mütəxəssislərin sözlərinə görə, bu texnologiya yalnız “luteinlə” məhdudlaşmır, gələcəkdə müxtəlif dərmanların gözə daha az invaziv üsullarla çatdırılmasına yol aça bilər.

Hazırda araşdırma ilkin mərhələdədir. Növbəti addım insan üzərində klinik sınaqların keçirilməsi olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
2
qafqazinfo.az

3Sources