EN

ABŞ “Həşd əş-Şaabi” və “Kataib Hizbullah”-a qarşı hava zərbələri endirəcək - İraq hökuməti xəbərdar edildi

Musavat.com xəbər verir ki, məlumatlara görə, ABŞ-ın Bağdaddakı səfirliyi son saatlarda yüksək səviyyəli iraqlı rəsmiləri xəbərdar edib.

Səfirliyin məlumatına görə, ABŞ və İsrail İranın dəstəklədiyi şiə qruplaşmalarına — xüsusilə “Həşd əş-Şaabi” və “Kataib Hizbullah”-a qarşı hava zərbələri həyata keçirilməsi planını müzakirə edir.

Məlumatlarda bildirilir ki, xəbərdarlıq yerli rəsmilərə ötürülüb və bununla bağlı təhlükəsizlik tədbirləri gücləndirilir. Tehranın dəstəklədiyi proksi qüvvələrə qarşı nəzərdə tutulan bu əməliyyatlar regionda yeni və genişmiqyaslı hərbi eskalasiyaya start verə bilər.

Görünən budur ki, ABŞ və İsrailin məqsədi İranla yekun hərbi kampaniyaya başlamazdan əvvəl İraqın qərb bölgəsində strateji üstünlüyü təmin etmək və həmin əraziləri nəzarət altına almaqdır. Bu ssenarinin gerçəkləşməsi halında regional təhlükəsizlik durumunda sürətlə pisləşmə, sərhədyanı gərginliyin artması və mülki əhali üçün ciddi humanitar risklər yaranması ehtimal olunur.

Musavat.com olaraq hadisələri yaxından izləyəcəyik və yeni məlumat daxil olduqda oxucuları dərhal məlumatlandıracağıq.

 

Musavat.com

Chosen
20
1
musavat.com

10Sources