EN

Federer: Karyeramı başa vurandan üç il sonra da yaxşı formadayam

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

20-qat “Böyük Dəbilqə” çempionu və dünyanın keçmiş bir nömrəli raketkası, isveçrəli tennisçi Rocer Federer həftədə bir neçə dəfə tennis oynamağa çalışaraq necə formada qaldığından bəhs edib.

İdman.biz bildirir ki, Federer yaxşı formada qalmağa çalışdığını deyib.

"Çoxlu qolf oynayıram. Bu, dizimə istirahət verir. İndi həftədə iki-üç dəfə meydançaya çıxmağa, yenidən oynamağa çalışıram. Bəzən sırf oyunu hiss etmək üçün bir neçə xallıq oynayıram. Yaxşı ki, həmişə məşq edirəm. Hər dəfə uşaqlarla kortda olanda bir neçə dəfə topa vurmağa çalışıram, çünki bu, tez unudulur.

Amma deməliyəm ki, özümü çox yaxşı hiss edirəm. Çox şadam ki, karyeramı başa vurmağımdan üç il keçməsinə baxmayaraq, bədənim hələ də yaxşı vəziyyətdədir. Düşünürəm ki, indi mən həqiqətən də fasilə vermənin faydalarını hiss etməyə başlaya bilərəm, çünki idmandan gedəndən sonrakı ilk bir neçə il çətin idi", - Federer bildirib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
icma.az

2Sources