EN

Tramp: Özbəkistan “Boeing” ilə 8 milyard dollar dəyərində müqavilə bağlayıb

BAKI, 23 sentyabr. TELEQRAF

Özbəkistanı “Boeing” korporasiyası ilə ümumi məbləği təxminən 8 milyard dollar olan müqavilə bağlaması münasibətilə təbrik edirəm.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Bu gün mən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi “Boeing” ilə möhtəşəm sövdələşmə imzalaması münasibətilə təbrik etmək istəyirəm! “Uzbekistan Airways” 8 milyard dollar dəyərində 22 ədəd “Boeing Dreamliner 787” təyyarəsi alır”, - paylaşımda deyilir.

“Bu, Birləşmiş Ştatlarda 35 mindən çox yeni iş yeri yaradacaq. Prezident Mirziyoyev sözünün sahibidir və biz bir çox digər məsələlər üzərində birlikdə işləməyə davam edəcəyik”, - Tramp əlavə edib.

Chosen
32
teleqraf.com

1Sources