EN

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda "Anadolunun qapıları arxasındakı xəzinələr" adlı sərgidə iştirak ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 22-də ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə "Anadolunun qapıları arxasındakı xəzinələr" adlı sərgi keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla ƏliyevaArzu Əliyeva sərgidə iştirak ediblər.
Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin zəruriliyini sübut edir.
Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə "Sıfır Tullantı" prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda belə Anadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.
Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş "Torpağın münbitliyi", "Mətbəxin toplanması" və "Əllərin ustalığı" adlı üç əsas mövzunu əhatə edib.
Chosen
19
11
oxu.az

10Sources