Bakı. Trend:
Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk EvindəTürkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolununqapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.
Trend xəbər verirki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva vəArzu Əliyeva sərgidə iştirak ediblər.
Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərininnümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği vəmədəniyyətlərarası dialoqun təşviqidir.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbirtəkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətininincəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda daAnadolu insanının minillik təcrübəsi və bacarıqlarınınöyrənilməsinin zəruriliyini sübut edir.
Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə "SıfırTullantı" prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda beləAnadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.
Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş“Torpağın münbitliyi”, “Mətbəxin toplanması” və “Əllərin ustalığı”adlı üç əsas mövzunu əhatə edib.