EN

Misirin ən varlı şəxsi ABŞ-yə 50 milyard dollar investisiya yatıracaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Misirin ən varlı şəxsi, "Aston Villa" futbol klubu və "OCI Global" kimya şirkətinin sahibi milyarder Nassef Saviris ABŞ-də infrastruktur layihələrinə 50 milyard dollara qədər investisiya yatırmaq niyyətindədir.
Oxu.Az bu barədə "Financial Times" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, onun 11.6 milyard dollar dəyərində aktivlərini satan "OCI Global" şirkəti "Orascom Construction" ailə inşaat şirkəti ilə birləşəcək.
Birləşmiş şirkət ABŞ-də infrastruktur layihələrinə, xüsusilə məlumatların emalı mərkəzlərinin tikintisinə fokuslanacaq.
Qeyd edək ki, Savirisin sərvəti təqribən doqquz milyard dollar həcmində qiymətləndirilir.
Chosen
33
oxu.az

1Sources