EN

Nvidia süni intellektə 100 milyard dollar sərmayə qoyur

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OpenAI”ın növbəti nəsil modellərini hazırlamaq və işlətmək üçün ən azı 10 qiqavattlıq “Nvidia” sisteminin istifadəyə verilməsini əhatə edən strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Banco.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, bu çərçivədə məlumat mərkəzi və enerji tutumunu dəstəkləmək üçün “Nvidia” sistemləri mərhələli şəkildə istifadəyə verildikcə şirkət “OpenAI”a 100 milyard ABŞ dollarına qədər sərmayə yatıracaq. İlk mərhələnin isə 2026-cı ilin ikinci yarısında fəaliyyətə başlaması hədəflənir.

Bildirilib ki, “OpenAI” süni intellekt fabriklərinin inkişaf planlarında “Nvidia”nı üstünlük verilən strateji tərəfdaş kimi mövqeləndirəcək və hər iki şirkət proqram təminatı üzrə yol xəritələrini uyğunlaşdıracaq.

Açıqlamada həmçinin qeyd olunub ki, bu tərəfdaşlıq “Microsoft”, “Oracle”, “SoftBank” və “Stargate” kimi tərəfdaşlarla mövcud əməkdaşlıqları tamamlayıcı xarakter daşıyır və eyni zamanda insanlığın xeyrinə ümumi süni intellektin inkişafı missiyasını irəlilətməyə xidmət edəcək.

“Nvidia” və “OpenAI”ın strateji əməkdaşlığın yeni mərhələsinə dair təfərrüatları qarşıdakı həftələrdə dəqiqləşdirəcəyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
banco.az

2Sources