EN

Boeing ABŞ Hərbi Hava Qüvvələri üçün F-47 qırıcısının istehsalına start verib

Boeing şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün altıncı nəsil F-47 qırıcısının istehsalına başladığını açıqlayıb.

Editor.az xəbər verir ki, “The War Zone” portalının məlumatına görə, yeni təyyarənin ilk uçuşu 2028-ci ilə planlaşdırılır.

ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Olvin “Air & Space Forces Association” konfransında çıxışı zamanı F-47-nin əsas xüsusiyyətlərini təqdim edib. Generalın sözlərinə görə, qırıcı 1000 dəniz milindən (təxminən 1852 km) artıq döyüş radiusuna sahib olacaq və sürəti 2 Maxı (təxminən 2450 km/saat) ötəcək.

//Samir Qurbanov, Editor.az

Chosen
31
editor.az

1Sources