Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Xəzər dənizində zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 22.09-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələ ocağı Yerin 50 kilometr dərinliyində yerləşib.