Ağdamda minik avtomobili yanıb. Avtosfer.az-ın xəbərinə görə, yanğın hadisəsi Quzanlı Xındırıstan avtomobil yolunun rayonun Eyvazlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hümmətalıyeva Dürdanə Hidayət qızına məxsus hərəkətdə olan "Chevrolet" markalı 35-BN-249 dövlət qeydiyyat nişanlı avtomobil anidən alovlanıb. Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 maşını və şəxsi heyəti cəlb olunub. Yanğının ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma başlanıb.