EN

Qərblə Razılaşmayandan Putindən Trampa bir illik TƏKLİF

Ajans.az Haber7-yə istinadən xəbər verir ki, Şərqi Avropa liderlərinin hava məkanının pozulmasının “ciddi münaqişə riski” yaratdığını bəyan etməsindən sonra Rusiya prezidenti Vladimir Putin Qərbə qarışıq mesajlar göndərib. Putin NATO ilə Rusiya təyyarələri arasında tez-tez toqquşmaların yaşandığı son dövrdə Təhlükəsizlik Şurasının əməkdaşları ilə görüşüb. Strateji sabitlikdəki vəziyyəti öz heyəti ilə müzakirə edən Putin qlobal tarazlığın pisləşməkdə davam etdiyini vurğulayaraq, Qərbi günahlandırıb. Putin bəyan edib ki, Qərbin dağıdıcı hərəkətləri nəticəsində Rusiya ilə ABŞ arasında strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması (START) sistemi çöküb. Moskvanın nüvə qarşısının alınması və müdafiə siyasətinə sadiqliyini təkrarlayan Rusiya lideri, “Qərbin hərəkətləri nüvə silahına malik dövlətlər arasında dialoqun əsaslarını əhəmiyyətli dərəcədə sarsıtdı” deyə qeyd edib. O əlavə edib ki, “Rusiya ardıcıl olaraq silahlara nəzarət sisteminin ləğv edilməsi təhlükəsini vurğulayır”. Rusiyanın müdafiəni gücləndirmə proqramının tam və vaxtında həyata keçirildiyini bildirən Putin, "Rusiyanın silah yarışında heç bir marağı yoxdur" deyə bildirib.  Putin Rusiyanın milli çəkindirici qüvvələrinin etibarlılığına əmin olduğunu bildirib və qeyd edib ki, “Rusiya istənilən təhlükəyə cavab verməyə qadirdir”. Putin, hər zaman siyasi və diplomatik həllə üstünlük verildiyini bildirsə də, "Hər hansı potensial təhlükəyə hərbi güclə cavab verməyə hazırıq. Buna heç kimin şübhəsi olmasın” deyə vurğulayıb.  

Rusiya lideri  ABŞ ilə 2026-cı il fevralın 5-də razılaşdırılmış Yeni START müqaviləsini daha bir il davam etdirməyə hazır olduğunu bildirib.

Chosen
17
1
Ajans.az

2Sources