Azərbaycanın Milli Qəhrəmanı, mərhum Albert Aqarunovun vurduğu erməni tankının komandiri Qaqik Avşaryan ölüb.
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qaqik Avşaryanın komandanlıq etdiyi 442 nömrəli T-72 erməni tankı Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında məhv edilib. İki ekipaj üzvü - Aşot Avanesyan və Şahen Sarkisyan yerindəcə ölüb, polkovnik Qaqik Avşaryan isə döyüş meydanından qaçıb.
Uzun müddət tank Şuşanın girişində yerləşdirilib, lakin şəhər azad edildikdən sonra 2023-cü ildə o, yerindən çıxarılaraq Bakıya gətirilib. (oxu.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
