Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

Leqal.info xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə əsasən, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.

Sobyanin eyni zamanda qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.

O, Moskva istiqamətində uçan 7 PUA-nın məhv edildiyini açıqlayıb.

Vurğulayıb ki, ilkin məlumata əsasən, dağıntı olmayıb.

Leqal.info