Nyu-York, 22 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevlə telefonla danışıb.
AZƏRTAC-ın məlumatına görə, o, qazaxıstanlı həmkarını 4 milyard dollar dəyərində dəmiryolu avadanlıqlarının, ABŞ lokomotivlərinin alışına dair razılaşma ilə bağlı təbrik edib.
“İllərdir saxta ekologiya tərəfdarlarının hücumuna məruz qalan dəmiryol sənayemizə dəstək olmalıyıq. Prezident Tokayevi böyük alışına görə təbrik edirəm. Bu ölkə və dünya etibarlı, gözəl dəmiryolları üzərində qurulub” - deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York