EN

Krıma hücumla bağlı Rusiyadan açıqlama: "Cavab sərt olacaq"

Krım qubernatoru Sergey Aksyonov sentyabrın 22-də Ukrayna Silahlı Qüvvələrinin PUA hücumu nəticəsində 3 nəfərin həlak olduğunu, 16 nəfərinsə yaralandığını açıqlayıb. 

News24.az xəbər verir ki, məlumata görə, hücum zamanı zərbə məktəbinı və “Foros” sanatoriyasının binasını yararsız hala salıb.

Məktəbin otaqları dağılıb, kitabxana zədələnib. 

Ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xilasetmə işləri aparır və zərərçəkənlərə kömək göstərirlər. 

Bildirilir ki, həlak olanların ailələrinə 1,5 milyon, ağır və orta dərəcəli yaralananlara 600 min, yüngül xəsarət alanlara isə 300 min rubl kompensasiya veriləcək.

Yalta meri Yanina Pavlenko zərərçəkənlərin hamısı qəlpə yaraları aldığını açıqlayıb. Qeyd edib ki, onlar arasında yerli sakinlər, turistlər və Belarus vətəndaşları var. 

Şahidlər deyirlər ki, hücum anında yaxınlıqdakı oteldə 10 yaşlı qızın ad günü keçirilirmiş.

Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov qeyd edib ki, hücum ukraynalı hərbçilər tərəfindən pravoslav bayramında -Müqəddəs Məryəmin Doğum günündə törədilib və Kiyev "bu cinayətə görə layiqli cəzasını alacaq".

Aqil Qarayev

Chosen
77
1
news24.az

2Sources