EN

Lavrov Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 25-də Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sentyabrın 17-də Lavrov Quterreşin BMT-nin baş katibi kimi fəaliyyətini tənqid edib. Rusiya xarici işlər nazirinin sözlərinə görə , Quterreş beynəlxalq təşkilatın nizamnaməsinə əməl etmir. Nazir hesab edir ki, Baş katib “əsas məlumatların əldə edilməsini asanlaşdırmaqdan” imtina edir.

Lavrov həmçinin qeyd edib ki, Quterreş Qərb ölkələrinin tarixi “ləğv etmək” vərdişinə həssasdır və onun rəhbərliyi altında BMT Katibliyi Kiyevi qoruyur, onun beynəlxalq humanitar hüququ pozan hərəkətlərinə göz yumur.

Chosen
12
operativmm.az

1Sources