EN

Milanda etirazçılarla toqquşmalarda 60 polis yaralanıb

Milanda Fələstinə dəstək nümayişi polislə toqquşma ilə başa çatıb.

Ucnoqta.az xəbər verir ki, “Corriere della Sera” qəzetinin məlumatına görə, 60 polis əməkdaşı yaralanıb, azı 10 etirazçı saxlanılıb.

Fəallar mərkəzi vağzaldakı baryerləri aşaraq qatarların hərəkətini müvəqqəti dayandırıblar.

Romada tələbələrin iştirak etdiyi yürüş Sapienza Universitetində bir şöbəni tutan fəallarla başa çatıb.

Fələstin tərəfdarı nümayişlərin keçirildiyi digər şəhərlərdə də kiçik insidentlər qeydə alınıb. Bütün bu nümayişlər bir neçə həmkarlar ittifaqı təşkilatının elan etdiyi və ictimai nəqliyyata və təhsil müəssisələrinə təsir edən tətillə əlaqələndirilib.
Tətilçilər müharibə iqtisadiyyatına, hərbi xərclərin artmasına və münaqişə zonalarına silah tədarükünə etiraz edirlər.

Chosen
15
ucnoqta.az

1Sources