EN

Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edilib

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 22-dədavam etdirilib.

Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakimGünel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili vəsatətləçıxış edərək bildirib ki, məhkəmədə elan olunan sənədlərinçoxluğunu nəzərə alaraq, sübutların qismən tədqiqi həyatakeçirilsin. Əgər hansısa epizod təqsirləndirilən şəxsin vəmüdafiəçinin marağında olarsa, o zaman məhkəməyə müraciət edilsinvə həmin epizoda dair sübutlar tədqiq olunsun.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan vəsatətlə razıolduğunu, digər müdafiəçilər və təqsirləndirilən şəxslər, dövlətittihamçıları, zərərçəkmiş şəxslər və onların nümayəndələri dəetiraz etmədiklərini bildiriblər.

Hakim Zeynal Ağayev vəsatətin məhkəmə tərəfindən təminedildiyini diqqətə çatdırıb.

Sonra təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili çıxış edərək,müdafiə etdiyi tərəfin ifadələri ilə tanış olmaq üçün həminsənədlərin surətlərinin təqdim olunmasını istəyib.

Hakim bildirib ki, həmin sənədləri məhkəmə iclas katibi iləəlaqə saxlayıb götürə bilərlər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiqolunacaq.

1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində“UAZ” markalı avtomobilin atəşə tutulması faktı üzrə sənədintədqiqi zamanı bildirilib ki, içərisində çoxsaylı sərnişin olan“UAZ” markalı avtomobilin ermənilər tərəfindən avtomat silahlardanatəşə tutulması nəticəsində N.F.Salahov, V.İ.Sadıxov vəM.S.Abdullayeva həlak olub, çoxlu sayda sərnişin yaralanıb.

Digər cinayət işi Ermənistan ordusu tərəfindən 1992-ci ilinfevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri vəkiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardanistifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələrnəticəsində Malıbəyli kənd sakinlərindən çoxlu sayda şəxsöldürülüb, bir neçə nəfər itkin düşüb, Quşçular kəndində isə birneçə nəfər öldürülüb, çoxlu sayda şəxs isə girov götürülüb.

Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavəndrayonunda “LAZ” markalı avtobusun atəşə tutulması faktı üzrə sənədtədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasınınyaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindənavtobusa açılan atəş nəticəsində bir neçə nəfər hadisə yerindəölüb, onlarla şəxs yaralanıb.

Digər sənəd 1991-ci il noyabrın 4-5-də Qazax rayonunun Xeyrimlikəndinin silahlılar tərəfindən müxtəlif növ silahlardan atəşətutulması ilə bağlı olub. Hadisə nəticəsində həmin kəndsakinlərindən çoxlu sayda şəxs həlak olub və müxtəlif dərəcəlibədən xəsarətləri alıblar.

Təqsirləndirilən şəxs David Manukyan söz alaraq - “ErmənistanRespublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazirNikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismindəçağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinəqoşulmasını” məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupununhəmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habeləErmənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahidqismində cəlb olunmasını hakimdən xahiş edib. “O adamlar bizitanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahidolarlar”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycanərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının -general Muradov, general Kosabokov, general Anaşkin, generalVolkov, general Lentsov və general Kulakovun şahid qismində cəlbolunmasını məhkəmədən xahiş edib.

“Mənim onlara bir sıra suallarım var. Onlar burada olan 15nəfərlə birbaşa və yaxud bilvasitə əlaqədə olublar. Yenidən təkraredirəm: birbaşa və yaxud bilvasitə. Düşünürəm ki, məhkəmənin dəonlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakınıvideobağlantı vasitəsilə təmin edəsiniz”, - deyə o əlavə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibətbildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdimetdiyi sənədlər tədqiq olunur.

Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edibki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərintəqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılanittihamlarla əlaqəsi yoxdur.

Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hərhansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmamasıvurğulanıb. Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edənprokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmişvəsatətin rədd olunması haqqında qərar qəbul edib. Qərarıəsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfivəsatətdə hansı halların araşdırılması, bu halların ittihamlabağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

1991-ci il noyabrın 20-də hərbi vertolyotun vurulması faktı üzrəelan olunan sənəddə bildirilib ki, hadisə zamanı aralarındaAzərbaycanın Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviriİsmət Qayıbov, müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrədövlət müşaviri, milis general-mayoru Məhəmməd Əsədov, Dövlətkatibi Tofiq İsmayılov, Baş nazirin müavini Zülfü Hacıyev, MilliMəclisin deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, PrezidentAparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxiliişlər nazirinin müavini, general-mayor Saylal Serikov Dosumoviç,Azərbaycan Jurnalistlər Birliyinin üzvü, telejurnalist AlıMustafayev və digərlərinin də olduğu 22 nəfər həlak olub. Xocavəndrayonunun Qarakənd kəndində hadisə yerinə baxış keçirilib,vertolyotun aparıcı vintinin qurtaracaq hissəsinin güllə deşmişqırığı, vertolyotun güllə deşmiş qırıqları və s. aşkar edilib.

Daha bir sənəd Əsgərova Salatın Əziz qızı və digərlərininöldürülməsi faktı üzrə olub.

1992-ci il yanvarın 28-də sərnişin helikopteri ilə bağlı sənəddəgöstərilir ki, vertolyot Ermənistan silahlı qüvvələri tərəfindənraketlə vurulub. Nəticədə vertolyot torpaq yola çırpılaraqpartlayıb, 42 nəfər ölüb.

Xocalı soyqırımı ilə bağlı cinayət işinin sənədləri də diqqətəçatdırılıb. Bildirilib ki, hadisə yerinə baxış vertolyotla ərazininüzərindən hərəkət etməklə keçirilib, bu zaman Xocalı şəhərindəevlərin alovlar içərisində yandığı, şəhərin küçələrində təxminən500-dək şəxsin meyiti, zədələnmiş və yandırılmış müxtəlif markalıavtomaşın və avtobuslar, küçələrdə Ermənistan silahlı qüvvələrininhərbçilərinin piyada hərəkət etdikləri müşahidə edilib. Bu zamanhəmin Ermənistan silahlı qüvvələri istintaq-əməliyyat qrupununolduğu vertolyotu da avtomat silahlardan atəşə tutub.

Sənədlərə əsasən, “Azərinform”un (indiki AZƏRTAC – red.)fotomüxbiri İlqar Cəfərov şahid qismində ifadəsində göstərib ki,1992-ci il fevralın 26-da Xocalı faciəsinin törədilməsi barədəməlumatı alan kimi əraziyə gedib, martın 1-də səhər tezdən Ağdamşəhər məscidinin önündə Xocalı qırğınından xilas olan, oradanqaçarkən soyuqdan donmuş, yaralanmış dinc sakinlərin, ermənihərbçilər tərəfindən Xocalıda qətlə yetirilmiş yaxın adamlarınınmeyitlərini gözləyən insanların, gətirilən meyitlərin yaxınşəxslərinin faciəsini fotoşəkillərlə qeydə alıb.

Şahid qismində dindirilmiş Baş fotoinformasiya redaksiyasınınmüxbiri Oqtay Məmmədov ifadəsində göstərib ki, 1992-ci il martın3-də Bakı şəhərinin Təcili yardım xəstəxanasına gedərək Xocalıdangətirilmiş yaralı şəxsləri fotoşəkillərini çəkib. Bunlardan hər ikivalideyni qətlə yetirilmiş 8 yaşlı Xatirə Orucovanın, gözlərininqarşısında 2 qardaşı qətlə yetirilmiş 18 yaşlı Xuramanın,Ermənistan silahlı qüvvələrinin atəşlərindən qaçarkən Naxçıvanlıkəndi yaxınlığındakı meşədə qarlı ərazidə ayaqlarını don vurmuş13-14 yaşlı Mübariz Həmidovun və Mübariz Mahmudovun şəxsiyyətiniyadda saxlasa da, qalan şəxslər barədə məlumatı olmayıb.

Habelə şahid qismində dindirilmiş “Azərinform”un Fotoxronikabölməsinin baş redaktoru Mixail Çanurovun, “Ostankino” Teleradioşirkətinin Azərbaycan Respublikasında müxbir məntəqəsinin müdiriMais Məmmədovun da ifadələri elan edilib.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiətolunub.

Dövlət ittihamçısı Fuad Musayev vəsatətlə çıxış edərək, məhkəməiclasında 1991-1992-ci illərdə baş verən cinayət hadisələri tədqiqedildiyinə görə, Ermənistanın müdafiə nazirinin sabiq müaviniManvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiqolunmasını xahiş edib.

Hakim dövlət ittihamçısının vəsatətini təmin edib.

Məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxs Davitİşxanyan vəkili ilə konfidensial görüş üçün imkan yaradılmasınıistəyib.

Məhkəmə vəsatəti təmin edib.

Konfidensial görüşdən sonra təqdim olunan videomüsahibədəM.Qriqoryan Azərbaycan dövlətinə və xalqına qarşı törədilmişcinayətlərdə iştirak etdiyini söyləyir. O, müsahibəsində rəhbərliketdiyi cinayətkar təşkilatın fəaliyyətindən, onun üzvlərininsilahlanaraq Azərbaycan ərazilərinə göndərilməsindən də danışır.“Hətta onları yoldan oğurlayırdıq, tuturduq, döyürdük, qorxudurduqki, gəlməsinlər... Ağbulaq məktəbində həm erməni, həm də türklərbirlikdə idilər, böyük məktəb idi. Biz məktəblərdə uşaqlarlaişləyirdik ki, türkləri döysünlər...”, - kimi ifadələr səsləndirənM.Qriqoryan müsahibəsində qeyd edir ki, “hər şeyi bilərək, yəni bizidarə edirdik...”.

Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Chosen
6
49
az.trend.az

10Sources