Sentyabrın 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov arasında telefon danışığı olub.
Newscenter.az Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, Mirziyoyev Türkmənistan Prezidentini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı və xoşbəxtlik, qardaş türkmən xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Tərəflər Özbəkistan və Türkmənistan arasında dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin aktual məsələlərini müzakirə ediblər.
Fəal siyasi dialoqun və səmərəli idarələrarası əlaqələrin qurulduğu böyük məmnunluqla qeyd olunub.
Ticarət dövriyyəsinin artırılması, sənaye və enerji sahələrində əməkdaşlıq layihələrinin təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.
Həmçinin regional gündəliyin aktual məsələləri və qarşıdan gələn yüksək səviyyəli tədbirlərin planı nəzərdən keçirilib.
Süleyman