EN

Özbəkistanın xarici ticarət dövriyyəsi artıb



2025-ci ilin yanvar-avqust aylarında Özbəkistanın ixracı 22,98 milyard dollar, idxalı isə 28,45 milyard dollar təşkil edib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Daşkənd dünyanın 200 ölkəsi ilə ticarət əlaqələri qurub.

Cari ilin yanvar-avqust aylarında respublikanın xarici ticarət dövriyyəsi 51,44 milyard dollara çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,8% və ya 8,5 milyard dollar çoxdur.

Bu müddət ərzində ixrac 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 31,3% artaraq 22,98 milyard dollar təşkil edib.

İdxalın həcmi əvvəlki illə müqayisədə 11,8% artaraq 24,29 milyard dollar təşkil edib.
Nəticədə xarici ticarət dövriyyəsində 5,47 milyard dollar mənfi saldo qeydə alınıb.

Süleyman
Chosen
15
1
newscenter.az

2Sources