BMT-nin sessiyasında iştirak etmək üçün Birləşmiş Ştatlara səfər edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Amerika prezidenti Donald Trampla danışıb.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, söhbət zamanı Qazaxıstan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivli sahələrinə xüsusi diqqət yetirilib.
Donald Tramp iqtisadi və ticarət sektorlarında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Prezidentlər beynəlxalq vəziyyətlə bağlı aktual məsələləri də müzakirə ediblər.
Anar Əliyev