EN

Budapeşt Rusiya qırıcıları ilə bağlı iddialardan narahatdır

Macarıstan NATO-ya üzv bəzi ölkələrin Rusiya MiQ-31 qırıcılarının guya Estoniyanın hava məkanını pozması ilə bağlı açıqlamalarından narahatdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto TASS-a bildirib.

“Bəli, biz tamamilə narahatıq. Çünki bu hadisələr münaqişənin daha da eskalasiyasına gətirib çıxara bilər. Başlanğıcdan – üç il yarım əvvəl – biz çox aydın şəkildə bildirdik ki, ən pis variant NATO ilə Rusiya arasında birbaşa qarşıdurmadır”, – deyə o qeyd edib.

Siyarto əlavə edib ki, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma yeni münaqişənin başlanması riskinə bərabərdir. Onun sözlərinə görə, Macarıstan hakimiyyəti belə bir inkişafın tərəfdarı deyil.

Chosen
15
nocomment.az

1Sources