EN

Ünsiyyətin minimuma enməsi dostluğu zəiflədə BİLƏR

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan yeni trend - “öhdəliksiz dostluq” getdikcə populyarlaşır. Bu münasibətlərdə insanlar bir-birlərini dost adlandırsa da, aylarla ünsiyyət qurmaya bilirlər.

Redaktor.az xəbər verir ki, psixoloq Xoup Flinn "Mirror" nəşrinə açıqlamasında bu haqda danışıb.

Onun sözlərinə görə, dostların tez-tez yazışmaması münasibətləri sıradan çıxarmır, çünki bu, qarşılıqlı etimada əsaslanır. Lakin ünsiyyətin tamamilə minimuma enməsi dostluğun zəifləməsinə səbəb ola bilər.

Flinn vurğulayıb ki, bir tərəf daim zəng edir, mesaj yazır, görüş planlaşdırır, digəri isə heç bir təşəbbüs göstərmirsə, dostluq tez bir zamanda birtərəfli və davamlılığı olmayan münasibətə çevrilə bilər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
redaktor.az

2Sources