Ağdamda minik maşını yanıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Quzanlı - Xındırıstan avtomobil yolunun rayonun Eyvazlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı 35 BN 249 dövlət nömrəli avtomobil anidən alovlanıb. Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını şəxsi heyətlə cəlb olunub. Yanğınsöndürənlər yanğının ətrafdakı avtomobillərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb