EN

Ödənişli zonalar ilkin olaraq bu ərazilərdə tətbiq olunacaq

“Ödənişli zonalar məsələsi yeni deyil. İnkişaf etmiş ölkələrdə də bu sistem var”.

Bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiqi məsələsinə baxıla bilər: “Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur”.

“Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyini artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir”, – A.Rzayev əlavə edib.

Chosen
6
9
banker.az

10Sources