EN

Avtobusla sərnişindaşımada “brutto müqavilə” sistemi tətbiq ediləcəkVİDEO

Paytaxtda avtobuslar gecə saat 12-yə kimi xidmət göstərəcək. Hətta ən ucqar qəsəbələrə də işləyəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, ictimai nəqliyyatda dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə "brutto müqavilə" sistemi tətbiq ediləcək. Model çərçivəsində gedişhaqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq.

Sədr qeyd edib ki, axşam saatınlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna görə avtobusu xəttdən çıxarır və ya depoya yönləndirir. Əgər daşıyıcıya ödəniş kilometrə görə verilərsə, bu problemin qarşısını da almaq mümkün olacaq. 

Anar Rzayev bildirib ki, "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır. Bu fond sayəsində gedişhaqqı artamayacaq. 

Yerüstü Nəqliyyat Agentliyinin sədri əlavə edib ki, hazırda gedişhaqqı ilə bağlı saatlıq, aylıq tarifə keçilməsi istiqamətində işlər aparılır. Bununla da sərnişin 1 saat ərzində dəyişdiyi avtobuslara görə bir dəfə ödəmiş etmiş olacaq. Bundan əlavə təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün də güzəştli gedişhaqqı tətbiq ediləcək. Bunun üçün isə ictimai nəqliyyatın tam olaraq nağdsız ödənişə keçirilməsi mütləqdir.

O da bildirilib ki, əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, o zaman bank kreditlərinə müraciət edə biləcək. Yeni qaydalara əsasən, artıq dövlət həmin kreditlər üçün subsidiya və zəmanət mexanizmləri təqdim edəcək. Bu da daşıyıcılar üçün maliyyə yükünü azaldacaq və avtobus parkını yeniləməyi daha əlçatan edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
29
xezerxeber.az

1Sources