EN

“Neftçi” tilsimi qırdı, AMMA VAR HARDA İDİ?

Ötən gün Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşan “Neftçi” nəhayət tilsimi qıraraq mövsümdəki ilk qələbəsini əldə etdi.

Halbuki oyun heç-heçə də başa çata bilərdi və paytaxt təmsilçisi meydanı yenidən kor-peşman bir xalla tərk edə bilərdi. Lakin şans bu dəfə “Neftçi”nin yanında idi, hər şeyə, hər kəsə rəğmən…

Amma diqqət çəkmək istədiyimiz əsas məqam hakim qərarlarıdır. Mövsümə elə də uğurlu başlamayan “Neftçi”yə bir zərbə də məhz oyunun idarəçiliyindən gəldi. Görüşün 65-ci dəqiqəsində künc zərbəsindən qayıdan topa zərbə vurmaq istəyən komandanın yeni transferi Sessi D’Almeyda cərimə meydançasında Aleksa Yankoviç tərəfindən açıq-aşkar kobudluğa məruz qaldı. Buna baxmayaraq, baş hakim Elçin Məsiyev oyunu davam etdirdi. Daha da təəccüblüsü odur ki, belə vəziyyətlərdə məhz ədaləti təmin etməli olan VAR sistemi sanki qeybə çəkildi.

Belə səhvlər yalnız meydandakı futbolçulara yox, həm də məşqçilər korpusu, klub rəhbərliyi və minlərlə azarkeş üçün böyük məyusluq yaradır.

Futbolun inkişafı üçün isə təkcə klublar və oyunçular deyil, hakimlər də üzərinə düşən məsuliyyəti daşımalı, ədaləti qorumağı bacarmalıdırlar. Əks halda, nə nəticələr sağlam olar, nə də azarkeşlərin inamı.

I Liqada III turun təyinatları bəlli oldu

"Səbail"dən növbəti legioner transferi - RƏSMİ

AFFA klubları növbəti dəfə cəzalandırdı: QƏRARLAR

Adil Şükürov istefaya göndərildi - RƏSMİ

"Qəbələ" azarkeşlərinə bəd xəbər: KOMANDA EV OYUNUNU ŞAMAXIDA KEÇİRƏCƏK

Chosen
4
2
apasport.az

3Sources