EN

"Sea Breeze Resort" nüfuzlu şirkətlərlə Anlaşma Memorandumu imzaladı

Azərbaycanın istirahət kompleksi "Sea Breeze Resort" turizm, otelçilik və səhiyyə sahəsində bir sıra nüfuzlu şirkətlərlə əməkdaşlıq haqqında 7 Anlaşma Memorandumu (MoU) imzalayıb.Metbuat.az xəbər verir ki, sənədlər Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində rəsmiləşdirilib. İlk sənəd "InterContinental Hotel Group" (IHG) ilə "Crowne Plaza" brendi üzrə imzalanıb. Müqaviləyə "Sea Breeze"in sahibi və qurucusu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov və IHG-nin CIS, Türkiyə və İsrail üzrə İnkişaf direktoru Alexis Feuillat imza atıblar.İkinci memorandum "Radisson Hotel Group" ilə "Radisson Blu" markası üzrə bağlanıb. Sənədi E. Ağalarov və "Radisson Blu"nun Şərqi Avropa üzrə Biznes İnkişafı vitse-prezidenti David Jenkins imzalayıblar.Üçüncü razılaşma "Accor Group" ilə "Rixos" brendi üzrə həyata keçirilib. Memoranduma E. Ağalarov və "Accor"un "MEAIT" və "Rixos" üzrə İnkişafın baş meneceri Ritvika Sethi imza atıblar.Dördüncü əməkdaşlıq sənədi "Digital Residence" ilə bağlanıb. Bu razılaşmanı E. Ağalarov və "Digital Residence" layihə meneceri Denis Rudnik təsdiqləyiblər.Turizm və səhiyyə sahəsinə aid növbəti memorandum Azərbaycan Turizm Bürosu ilə "Sea Breeze Health Valley" tibbi turizm layihəsinin inkişafı barədədir. Sənədə Turizm Bürosunun baş icraçı direktoru Florian Sengstschmid və "Sea Breeze Health Valley"in idarəedici direktoru Konstantin Grinfeld imza atıblar.Səhiyyə investisiyaları və klaster inkişafı üzrə strateji əməkdaşlıq haqqında razılaşma isə Azərbaycan Biznes İnkişaf Fondunun (ABDF) baş direktoru Yasin Cəlilov və Konstantin Grinfeld tərəfindən imzalanıb.

Sonuncu sənəd üçtərəfli xarakter daşıyır. Bu əməkdaşlıq "Sea Breeze Resort", "Sana Hospital Group" və "Don Agro International" arasında bağlanıb. Memoranduma Konstantin Grinfeld, "Sana Hospital Group"un beynəlxalq direktoru Sven Heininger və "Don Agro International" şirkətinin baş direktoru Marat Devlet-Kildeyev imza atıblar.

Chosen
20
5
metbuat.az

8Sources