EN

Foreign Affairs: Azərbaycanla Ermənistan arasında Rusiya əleyhinə ortaq mövqe ABŞ-də saziş bağlamağa imkan verdi...

Bakı–İrəvan arasında ikitərəfli danışıqlar müvəqqəti sülhə yol açdı. Moskvanın kənarda qalması əsas şərt kimi ortaya çıxdı..

Poliqon xəbər verir ki, bu barədə Foreign Affairsnəşri yazıb. Nəşr qeyd edir ki, Bakı və İrəvan arasında aylarla davam edən ikitərəfli danışıqlardan sonra müvəqqəti sülh sazişi üçün zəmin yetişib. Əsas amil hər iki tərəfin ənənəvi regional hegemon sayılan Rusiyanı razılaşmanın qarantı kimi görmək istəməməsidir.

Bu səbəbdən ABŞ prezidenti Donald Trampın Ağ Evdə sammit keçirmək təklifi xüsusilə cəlbedici olub: əgər Vladimir Putinə qarşı öhdəlikləri pozmaq lazım gələcəksə, bunu ən münasib yer bilavasitə Oval kabinet sayılıb.

Görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev gələcək toqquşmaların qarşısının alınmasına dair qısa, lakin önəmli bir bəyanata imza atıblar.

Bundan əlavə, tərəflər Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni avtomobil və dəmir yolu koridorunun tikintisi planını təsdiqləyiblər. Naxçıvan Ermənistan, İran və Türkiyə ilə sərhədi olan Azərbaycanın eksklavıdır.

Sənədə əsasən, Ermənistan uzunluğu 27 mil olan yol hissəsinin inkişaf hüquqlarını ABŞ şirkətlərindən birinə verəcək, həmin sahə üzərində suveren nəzarəti isə özündə saxlayacaq. Azərbaycan isə Naxçıvana və geriyə “maneəsiz çıxış” əldə edəcək. Koridora Trump Route for International Peace and Prosperity (TRIPP) — “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” adı veriləcək.

Diqqətçəkən məqamlardan biri də odur ki, bu plan İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında 2020-ci ildə razılaşdırılmış və yol üzərində nəzarətin Rusiyaya verilməsini nəzərdə tutan sazişi etibarsız edir.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources