EN

Bakı aeroportunda nə baş verir? – YENİLƏNİB

Bu gün Ankara – Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki,bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 15:55-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.

“Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir.

Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir”, – məlumatda vurğulanıb.

17:41

Heydər Əliyev Beynəlxalq Hava Limanında bomba təhlükəsi ilə bağlı sərnişinlər və personalın evakuasiya olunduğu haqda məlumat yayılıb.

NOCOMMENT.az xəbər verir ki, Teleqram kanallarının yaydığı məlumatla bağlı Bakı hava limanından Axar.az-a bildirilib ki, bu barədə rəsmi açıqlama veriləcək.

Chosen
45
44
nocomment.az

10Sources