EN

Dövlət xəstəxanasının həkimi pul verməyəni girov saxladı, “borc dəftəri” tutdu

ain.az, Lent az saytına istinadən bildirir.

Dicle Universiteti xəstəxanasında işləyən həkim Mehmet Tolga Kafadar, əməliyyat üçün pul tələb etdiyi üçün həbs edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluq araşdırmasının nəticəsinə görə, Kafadarın 2020–2024-cü illər arasında ümumilikdə 1901 xəstədən 14,3 milyon lirə aldığı və “bıçaq pulu” verməyənləri evə buraxmadığı iddia edilib. Kafadarın evində aparılan axtarış zamanı, ondan “bıçaq pulu” alan şəxslərin siyahısının olduğu qeyd dəftəri aşkarlanıb.

"Halk TV"dən İsmail Saymazın xəbərinə görə, qalmaqal 2024-cü ildə əməliyyat olunan bir xəstənin həyat yoldaşı Ahmet N.in verdiyi şikayətlə üzə çıxıb. Şikayətə əsasən, Kafadar əməliyyat üçün pul tələb edib və “Ödəməsən, evə buraxılmazsan” deyərək hədələyib. Bunun ardından prokurorluq hərəkətə keçib.

Kafadarın evində aparılan axtarışda iki qeyd dəftəri və kağızlar tapılıb. Bu sənədlərdə 1901 xəstənin adları, ödənilən məbləğlər və qalan borcların detallı şəkildə yazıldığı müəyyən edilib. MASAK hesabatında həkimin maliyyə profilindən xeyli yuxarı nağd pul dövriyyəsi aşkar olunub.

İstintaq zamanı ifadə verən xəstələr, əməliyyatdan sonra evə buraxılmaq üçün pul ödəməyə məcbur edildiklərini bildiriblər. Bəzi xəstələrə endirim edildiyi, ödəniş tam edilənə qədər xəstəxanadan çıxışlarının gecikdirildiyi iddia olunub. Bir xəstə yaxın qohumu belə deyib: “20 min verdim, 5 min çatmadı, evə buraxmadı; pulu tamamlayanda çıxış verdilər".

İttihama görə, Kafadar xəstələri pul ödəməyə məcbur etmək üçün nüfuzundan sui-istifadə edib və bununla da “məcburiyyət və inandırma yolu ilə pul tələb etmək” cinayətini törədib. Onu 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
lent.az

1Sources