1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanda elektrik avtobuslarının istehsalı üzrə saziş imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru Aleksandr Vlaskamp ilə görüş keçirilib. Görüşdə sənaye və ticarət sahələrində, xüsusilə elektrik nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd olunub ki, bu gün İqtisadiyyat Nazirliyi, "Improtex Trucks & Buses" və "MAN Truck & Bus SE" şirkətləri arasında saziş imzalanıb. Sənəd Azərbaycanda elektrik avtobuslarının istehsalı, istehsalın lokallaşdırılması və ixrac imkanlarının gücləndirilməsini nəzərdə tutur.
M.Cabbarov vurğulayıb ki, bu tərəfdaşlıq ölkədə sənayenin şaxələndirilməsinə, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalının inkişafına mühüm töhfə verəcək.
Birinci #Azərbaycan Beynəlxalq #İnvestisiya Forumu çərçivəsində "MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru Aleksandr Vlaskamp ilə görüşdük. #Sənaye və #ticarət sahələrində, o cümlədən #elektrik #nəqliyyat vasitələri istehsalının lokallaşdırılması istiqamətində… pic.twitter.com/j491PTHIwK
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 22, 2025