EN

Hərbi biletə görə 22 min manat pul verdim - Şahid

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininXəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant RaminŞükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan XalidƏzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrəməhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə şahidlər ifadəverib.

Şahid qismində ifadə verən Əhməd Əhmədov bildirib ki, magistrtəhsili alırmış və onun möhləti noyabr ayında bitirdi.

“Lakin mənə Xəzər Rayon Hərbi Komissarlığından zəng gəldi ki,hərbi xidmətə getməlisən. Təhsil sənədimlə ora getdim. Sənədinkeçərli olmadığını bildirdilər. Tibbi müayinə üçün Sabunçuxəstəxanasına və Qobuya getdim. Məsələni tanışım Abdulla Ələsgərovabildirdim. Abdulla mənə komissarla danışaraq məsələni yolunaqoyacağını dedi. Onunla birlikdə yenidən komissarlığa getdim. RaminŞükürovla görüşdüm. Səhhətimdə problemin olduğunu dedim. Yenidənmüayinədən keçmək üçün Sabunçuya və Qobuya getdim. İyun ayında mənəhərbi bilet verildi. Bileti aldıqdan sonra Abdullaya 22 min manatpul verdim”.

Şahid Araz Məmmədov məhkəmədə ifadə verib. O, kafe işlətdiyinivə ofisaintının yaxının hərbi xidmətlə bağlı problemi olduğunu onadediyini bildirib.

“Bizim Yasamal rayon Hərbi Komissarlığının əməkdaşı olan BəhramCəlilov adıbda daimo müştərimiz var idi. Mən də ofisaintınproblemini ona dedim. Bəhram mənə Xəzər Rayon Hərbi Komissarlığıilə danışıb nəsə deyə biləcəyini dedi. Bir müddət sonra bu işin 8minə həll olunacağını bildirdi. Biz 6 min manata razılaşdıq. Mənona pulu kafedə verdim.”

Proses oktyabrın 1-i davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova CinayətMəcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan birqrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuzalveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, XalidƏzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələriittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməninqərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığıqətimkan tədbiri seçilib. Daha sonra Ramin Şükürov məhkəməninqərarı ilə ev dusdalığına buraxılıb

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündəəlavə qətimkan tədbiri seçilib.

Chosen
3
6
az.trend.az

8Sources