Kazan (Volqa bölgəsi) Kimya kafedrasının mühazirə zalının tavanı mühazirə zamanı uçub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hazırda hadisənin baş vermə şəraiti araşdırılır. KİV-in məlumatına görə, Kimya İnstitutunun binası 1953-cü ildə tikilib.
Tələbələr sosial şəbəkələrdə binanın təmirə ehtiyacı olduğunu müzakirə ediblər.