EN

Anar Quliyev: "Azərbaycanın 10 şəhərinin planı təsdiq mərhələsindədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın bütün şəhər və qəsəbələri 20 illik baş planlarla idarə olunur və bu planlar mütəmadi olaraq yenilənir ki, dəyişən tələblərə, yeni trendlərə və siyasət prioritetlərə uyğunlaşsın. İndiyədək 79 şəhərin 65-i üçün baş plan yenilənib, daha 10 şəhərin planı təsdiq mərhələsindədir".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, bu işlər beynəlxalq təcrübəli şəhərsalma mütəxəssislərinin iştirakı ilə həyata keçirilir və qlobal qabaqcıl təcrübə ilə uyğunluq təmin olunur:
"Müasir planlaşdırma fəlsəfəmizin bariz nümunəsi Bakının Baş Planıdır. Hazırda tarixi transformasiya mərhələsində olan bu plan insanmərkəzli inkişaf, davamlılıq və dayanıqlılıq prinsiplərinə əsaslanır. Bakının Baş Planının ən mühüm yeniliklərindən biri çoxmərkəzli inkişaf modelinin qəbul edilməsidir. Yəni bütün fəaliyyətin yalnız bir mərkəzdə cəmlənməsi əvəzinə, paytaxt ərazisində bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi yaradılır".
Məhərrəm Əliyev
Chosen
2
8
oxu.az

10Sources