EN

Azərbaycan və İtaliyanın ikitərəfli əməkdaşlıq üçün möhkəm bazası var Ekspert

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycanın enerji və logistika sahəsində strateji rolu İtaliyanın sənaye təcrübəsi ilə birləşərək ikitərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Bunu AZƏRTAC-a müsahibəsində İtaliyanın nəhəng maşınqayırma və sənaye şirkəti və dünyada metallurgiya sənayesi üçün avadanlıq istehsalında lider “Danieli & C. Officine Meccaniche SpA” şirkətinin direktorlar şurasının üzvü Anna Mareski Danieli söyləyib.

Onun sözlərinə görə, mövcud geosiyasi vəziyyət ikitərəfli əlaqələr üçün yeni imkanlar açır.

“Cənub Qaz Dəhlizi kimi təşəbbüslər, həmçinin Avropa İttifaqının regionda fəallığının artırılması sənaye tərəfdaşlığının inkişafına daha güclü təkan verir. Davamlı inkişaf və regional sabitlikdə ortaq maraqlar bu cür əməkdaşlığı aktual və qarşılıqlı faydalı edir”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.

Ekspert “Danieli” şirkəti ilə Azərbaycan tərəfdaşları arasında birgə müəssisələrin yaradılması üçün böyük potensialın olduğunu qeyd edib və əlavə edib ki, “yaşıl polad” və aşağıkarbonlu texnologiya istehsalı, mövcud zavodların avtomatlaşdırılması və rəqəmsal transformasiyası, yerli kadrların inkişafı üçün təlim mərkəzlərinin və texniki akademiyaların yaradılması, materialların innovasiyası və proseslərin səmərəliliyinə yönəlmiş tədqiqat və inkişaf əməkdaşlığı kimi sahələrdə birgə müəssisələrin potensialı aydın görünür.

“Bütün bu sahələr təkcə Azərbaycanın sənaye məqsədlərinə dəstək vermir, həm də hər iki tərəf üçün uzunmüddətli dəyər yaradır”, – deyə Anna Mareski Daniyeli əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
2
azertag.az

3Sources