EN

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

Yaxın günlərdə ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən QHT-lər üçün birgə müsabiqə elan ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva bildirib.

Müsabiqənin əsas tərəfdaşı qismində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edəcək.

O, deyib ki, müsabiqədə spesifik istiqamətdə - minadan zərərçəkən minatəmizləyənlərin mina və PHS (partlamamış hərbi sursatlar) barədə maarifləndirmə prosesinə fəal şəkildə cəlb edilməsinə dair layihələr qəbul ediləcək.

 

Chosen
1
13
ikisahil.az

10Sources