EN

Üzgüçülüyün inkişafı üçün Strateji Əməkdaşlıq Memorandumu imzalandı 

Avropa Su İdmanı Federasiyası (EA), Azərbaycan Üzgüçülük Federasiyası (ASF), Azərbaycan Tibb Universiteti (AMU) və Azərbaycan İdman Akademiyası (ASA) və arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Memorandum imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədin imzalanma mərasimi Gənclər və İdman Nazirliyində nazir Fərid Qayıbovun iştirakıyla keçirilib. Memorandumu Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli imzalayıblar.

Tədbirdə vurğulanıb ki, bu əməkdaşlıq çərçivəsində təhsil, elmi-tədqiqat, idman tibbi və peşəkar üzgüçülüyün inkişafına yönəlik yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan üzgüçülüyünün inkişafına mühüm töhfə verəcək bu əməkdaşlıq ölkəmizin idman sahəsində yeni imkanların açılmasına şərait yaradacaq.

Xatırladaq ki, bu ilin aprel ayında EA prezidenti Antonio Silva və birinci vitse-prezidenti Yosip Varvodiç Bakıya səfər ediblər. Onlar Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşərək əməkdaşlığın möhkəmləndirilməsi, üzgüçülüyün bütün növləri üzrə kütləviliyin artırılması və yeni tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Chosen
2
4
bakivaxti.az

5Sources