EN

Cəfər Hüseynzadə NATO-da Böyük Britaniya nümayəndəsi ilə görüşüb

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyindən bildirilib.

Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində tərəfdaşlıq, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərini, o cümlədən regionda baş verən son hadisələr və Azərbaycan-Ermənistan sülh prosesinə dair 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən tarixi görüşünün nəticələrini müzakirə ediblər.

Chosen
4
1
operativmedia.az

2Sources