EN

Velosiped üzrə Federasiya Kuboku yarışının 2-ci mərhələsi keçirildi - FOTO

BAKI, 22 sentyabr. TELEQRAF

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il üçün təsdiq edilmiş təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışının 2-ci mərhələsi keçirilib.

Teleqraf xəbər verir ki, Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Emin Süleymanov fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, Pərviz İlyasov isə 3-cü yeri tutub.

2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Aydın Məmmədov, Tahir Quluzadə və Toğrul Məmmədli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Fərqlənən idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplom, həmçinin “2 Təkər” mağazası tərəfindən hədiyyələrlə təltif ediliblər.

Chosen
4
4
teleqraf.com

8Sources