EN

“TEKNOFEST 2025”in qalibi olan BDU komandası Vətənə qayıdıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Türkiyədə keçirilən “TEKNOFEST-2025 İstanbul” Aerokosmik və Texnologiya Festivalında Bakı Dövlət Universitetini (BDU) uğurla təmsil edən komanda Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BDU-nun qalib komandasını universitetin tələbə və əməkdaşları qarşılayıblar.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Xatırladaq ki, dünyanın 96 ölkəsindən 565 min 776 komandanın müraciət etdiyi festivalda BDU-nun “BSU SSTCC” komandası iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinini həyata keçirən “NeuroScreen” layihəsi ilə “Əngəlsiz həyat texnologiyaları kateqoriyası üzrə I yerə layiq görülüb. Bu böyük uğura imza atan komandanın üzvləri İlyas Nəsibov, Reyhan Mirsultanova, Cəmil Cəfərli və Tahir Əliyevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
1
azertag.az

10Sources