EN

Trampa verilən yeni səlahiyyət hansı dövlətləri hədəf alacaq? (ŞƏRH)

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Prezident Donald Trampa "narkoterrorçular"və narkotik kartellərini dəstəkləyən dövlətlərə qarşı hərbi güc tətbiq etmək səlahiyyəti verən qanun layihəsi Meksika, Kolumbiya, Venesuela kimi ölkələr Trampın mütləq hədəfi olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ağ Evin hazırladığı və prezident Donald Trampa "narkoterrorçular" və narkotik kartellərini dəstəkləyən dövlətlərə qarşı hərbi güc tətbiq etmək səlahiyyəti verən qanun layihəsinə hədəf olacaq ölkələr haqqında danışarkən deyib. 

Ekspertin fikrincə, Trampın Venesuela sahillərinə hərbi gəmilər göndərməsi və narkokartellərə qarşı müharibə açmaq cəhdi onu göstərir ki, fikrində ciddidir. Əlavə səlahiyyətlər istəməsi də bunu sübut edir:

"Əlavə səlahiyyətlər əldə etmədən prezidentə sözügedən səlahiyyətlərə aid işləri həyata keçirmək bir qədər çətin başa gələcək".

Onun fikrincə, Trampa əlavə səlahiyyətlərin verilməsilə isə keçiriləcək əməliyyatlarda operativliyin təmin edilməsinə şərait yaradacaq:

"Tramp bu kimi fəaliyyətləri həyata keçirmək lazım olduqda ABŞ ordusunu harasa göndərmək üçün konqresin razılığını almalıdır. Görünən odur ki, bu qanunla Tramp xüsusi səlahiyyətlər alacaq və konqresin razılığını gözləməyəcək. Bu qərardan sonra Meksika, Kolumbiya, Venesuela kimi ölkələr mütləq hədəf olacaq. Əlavə səlahiyyətlər əldə etməkdən bu işləri həyata keçirmək vaxt ala bilər. Məsələn, Tramp konqresin razılığını alaraq Venesuelaya qarşı antiterror əməliyyatı adı altında hərəkətə keçir. Amma bu əməliyyatın davamı kimi digər ətraf ölkələrin birində də anoloji əməliyyatı keçirmək zərurəti yaranır. Bu zaman yenidən konqresə müraciət etmək lazım gəlir. Ona görə də düşünürəm ki, Trampın əldə edəcəyi əlavə səlahiyyətlər bu kimi əməliyyatlarda operativliyi təmin etmək məqsədi daşıyır".

Qeyd edək ki, "The New York Times"ın məlumatına görə, Ağ Ev prezident Donald Trampa "narkoterrorçular” və narkotik kartellərini dəstəkləyən dövlətlərə qarşı hərbi güc tətbiq etmək səlahiyyəti verə biləcək qanun hazırlayıb. Məsələ ilə tanış olan mənbələrə görə, sənəd prezident Trampa "terrorçu” hesab etdiyi narkotik kartellərinə, eləcə də onlara sığınacaq və ya köməklik göstərdiyini iddia etdiyi istənilən ştatlara qarşı müharibə aparmaq səlahiyyəti verəcək.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
qaynarinfo.az

1Sources