EN

Yerusəlimin Erməni Patriarxlığı vergi borcuna görə məhkəməyə verilib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yerusəlim bələdiyyəsi Erməni Patriarxlığına məxsus olan əmlakı məhkəmə yolu ilə müsadirə etmək istəyir.

APA xəbər verir ki, bu barədə Erməni Patriarxlığının “X” səhifəsində məlumat verilib.

Buna patriarxlığın uzun illər ərzində yığılan vergiləri ödəməməsi səbəb kimi göstərilir.

Məlumatda deyilir ki, sentyabrın 29-da bu işlə bağlı məhkəmə dinləmələri təyin olunub.

Qeyd edək ki, İsrail tərəfi burada söhbətin kilsələrdən deyil, dini qurumlara məxsus olan mehmanxana, mağaza kimi kommersiya obyektlərindən getdiyini və məhz həmin obyektlərə bələdiyyə vergilərinin tətbiq olunduğunu bildirir. Hüquqi baxımdan borclar ödənmədikdə əmlak müsadirə edilə bilər. Bu, mülkiyyətin tam müsadirəsi demək deyil, məsələn, ticarət obyektinə həbs qoyula bilər və borc tam ödənilənədək kommersiya obyekti bağlana bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
5
apa.az

6Sources